28 aprel 2021, 15:26

Qəni Miriddən, Quba, Azərbaycan

Hörmətli cənab Prezident.

Mən şair təbiətli insanam. Vətən müharibəsində qazandığımız Qələbə mənə yeni şeir yazmaq üçün gözəl mövzu oldu. Həmin şeirimi ali diqqətinizə təqdim edirəm.

Ali Baş Komandanım

Yumruq möhkəm dəmirdən

Qorxumuz yox kimsədən

Alındı Qarabağım

Komandandır İlhamım.

Verdin düzgün əmrlər

Zəfər çaldı əsgərlər

Qayıtdı şöhrət-şanım

Ali Baş Komandanım.

Vuruşdu mərd əsgərlər

Verdik bir çox şəhidlər

Rəhmət dilərik bizlər

Unutmasın nəsillər

Alındı Qarabağım

Ali Baş Komandanım.

Alındı torpaqlarım

Çox sevindi nər xalqım

Qayıdır qaçqınlarım

Ali Baş Komandanım.

Rəhbərisən millətin

Türkiyədir köməyin

Sevir səni türk xalqım

Ali Baş Komandanım.

Əyilmədin heç zaman

Bunu bilir hər insan

Heç vaxt enməz bayrağım

Ali Baş Komandanım.

Alındı Şuşa, Laçın

Hər yeri Qarabağın

Zəfər çaldı mərd xalqım

Ali Baş Komandanım.

Xarı bülbül oyandı

Çəməndə haray saldı

Alınıb Qarabağım

Ali Baş Komandanım.

Qarabağ savaşından

Tarix yazdı bir dastan

Rəhbər olub İlhamım

Ali Baş Komandanım.

Sən bir oldun elinlə

Fəxr edirik səninlə

Heydər oğlu İlhamım

Ali Baş Komandanım.

Yurdumuz Azərbaycan

Ona hər an can qurban

İnanır sənə xalqım

Ali Baş Komandanım.

Vergül, nöqtə, nidadır

Qarabağ Azərbaycandır!

Şəhidlər ölməz,

Torpaq bölünməz!

Hörmətlə,

Qəni Mirid

Azərbaycan Respublikası, Quba rayonu, Zərdabi qəsəbəsi.