Fərman Qurbanovdan, Tərtər, Azərbaycan
Hörmətli cənab Prezident.
İkinci Qarabağ müharibəsi zamanı Tərtər rayonuna erməni işğalçıları tərəfindən mərmilərin atılması nəticəsində mülki şəxslərin həlak olması və yaralanması ilə yanaşı, əhalinin çox sayda yaşayış evi dağılmış və əmlaklarına ciddi ziyan dəymişdir. Müharibə şanlı Qələbəmizlə başa çatdıqdan sonra vətəndaşlara dəymiş ziyanın aradan qaldırılması, tamamilə dağılmış evlərin yenidən tikilməsi və qismən ziyan dəymişlərin isə bərpa edilməsi ilə bağlı sərəncam verdiniz.
Müzəffər Ali Baş Komandan, hazırda rayon mərkəzində və kəndlərdə bərpa işləri görülür. Əhali görülən işlərdən razı qalır. Rayonumuzda aparılan bütün bu işlər Sizin əhalimizə göstərdiyiniz diqqətin nəticəsidir. Odur ki, erməni işğalçıları üzərində şanlı Qələbəmizə və Tərtər rayonunun əhalisinə göstərdiyiniz diqqət və qayğınıza görə Sizə öz minnətdarlığımı bildirirəm.
Hörmətlə,
Fərman Qurbanov
“Tərtər” MMC-nin direktoru
Azərbaycan Respublikası, Tərtər şəhəri.