20 aprel 2021, 13:38
Könül Cəbrayılovadan, Füzuli, Azərbaycan
Hörmətli cənab Prezident.
Mən Sizə Azərbaycan dili-ədəbiyyat müəllimi kimi, həm də Azərbaycan vətəndaşı kimi öz minnətdarlığımı bildirirəm. Əsərlərində milli-mənəvi dəyərləri əks etdirən, adı ilə qürur duyduğumuz Nizami Gəncəvi ilinin ölkəmizdə bu şəkildə önəmli olması qürur mənbəyidir. Hər bir qəzəlini, hər bir əsərini oxuyanda vətən sevgisini dərindən hiss etdiyimiz Nizami Gəncəvi, Azərbaycan xalqı üçün təqdirəlayiq isimlərdən biridir. Həyata keçirdiyiniz bütün müsbət dəyişikliklərlə yanaşı, Nizami Gəncəvinin də ölkəmizdə hər kəsə aşılanması çox zərif və vətənpərvər işdir.
Hörmətlə,
Könül Cəbrayılova
Azərbaycan Respublikası, Füzuli rayonu