16 aprel 2021, 17:20

Rafael Bayramov və başqalarından, Gəncə, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin Ali Baş Komandanlığınızla Vətən müharibəsində qazanılan tarixi Qələbəmizin parlaq nümunəsi olan Hərbi Qənimətlər Parkının açılışı hər birimizdə bir daha böyük ruh yüksəkliyi yaratdı. Bu parkın yaradılması həm gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, həm də ölkəmizə gələn qonaqlarda ordumuzun sarsılmaz qüdrəti haqqında təəssürat yaratmaq baxımından böyük əhəmiyyətə malikdir.

Cənab Prezident, xalqımıza bu böyük qüruru bəxş etdiyinizə görə Sizə minnətdarlığımızı bildiririk. İnanırıq ki, bu tarixi park hər bir azərbaycanlının and yeri olacaq.

Hörmətlə,

Bayramov Rafael - Xalq artisti

İbrahimova Sevinc - Xalq artisti

Abdullayev Tural - Əməkdar artist

Elçiyev Elçin - Əməkdar artist

Məmmədov Mahir - Əməkdar artist

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının əməkdaşları

Azərbaycan Respublikası, Gəncə şəhəri