19 aprel 2021, 11:11

Vüsalə Əlizadədən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin 2021-ci ili Azərbaycanda “Nizami Gəncəvi İli” elan etməyiniz biz təhsil işçilərini çox sevindirdi. Bu, klassik ədəbi irsimizin, milli ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli simalarının təbliği istiqamətində atdığınız növbəti mühüm addımdır.

Sizin bu təşəbbüsünüz Nizami Gəncəvi yaradıcılığının Azərbaycan xalqının mənəviyyat xəzinəsində rolu və yerini təbliğ etmək, gənc nəslə çatdırmaq baxımından böyük əhəmiyyətə malikdir.

Müzəffər Ali Baş Komandan, təhsil işçiləri adından Sizə dərin minnətdarlığımı bildirir, cansağlığı, uzun ömür arzulayıram.

Hörmətlə,

Vüsalə Əlizadə

Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu