15 aprel 2021, 16:31

Səhər Səfərovadan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Xalqımızın maddi-mənəvi irsini qoruduğunuz üçün Sizə bir gənc müəllim kimi xüsusi təşəkkürümü bildirirəm. Azərbaycan ədəbiyyatında böyük izlər qoyan Nizami Gəncəvi sənətini yaşatmaq məqsədilə 2021-ci ili “Nizami Gəncəvi İli” elan etməyiniz Sizin misilsiz xidmətlərinizdəndir. Bu təşəbbüsünüz sayəsində Nizami sənəti yaxından tədqiq ediləcək və öyrəniləcək.

Cənab Prezident, tariximizə, mədəniyyətimizə, ədəbiyyatımıza göstərdiyiniz əvəzsiz xidmətlərə görə Sizə bir daha dərin minnətdarlığımı ifadə edirəm.

Hörmətlə,

Səhər Səfərova

Azərbaycan Respublikası, Bakı şəhəri.