Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 20-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 960-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 696; 2009, № 12, maddə 965; 2016, № 6, maddə 995; 2017, № 5, maddə 730) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”nda aşağıdakı dəyişikliklər edilsin:
1. “I siyahı. Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” bölməsi üzrə:
1.1. “I. Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” fəslində:
1.1.1. 29-cu maddədə “Dimepqeptanol” sözü “Dimefeptanol” sözü ilə əvəz edilsin;
1.1.2. 38-ci maddədə “Etilmetiltianbuten” sözü “Etilmetiltiambuten” sözü ilə əvəz edilsin;
1.1.3. 56-cı maddədə “Kannabis qətranı, ekstraktı və cövhəri” sözləri “Həşiş, həşiş qatranı, həşiş yağı” sözləri ilə əvəz edilsin;
1.1.4. 78-ci maddədə “MFPP” sözü “MFPP (MPPP, 1-metil-4-fenil-4-piperidinol propionat (efir))” sözləri ilə əvəz edilsin;
1.1.5. 83-cü maddədə “Norasetimetadol” sözü “Norasimetadol” sözü ilə əvəz edilsin;
1.1.6. 93-cü maddədə “məhsulu V” sözləri “məhsulu B” sözləri ilə əvəz edilsin;
1.1.7. 94-cü maddədə “məhsulu S” sözləri “məhsulu C” sözləri ilə əvəz edilsin;
1.1.8. 95-ci maddədə “Pimipodin” sözü “Piminodin” sözü ilə əvəz edilsin;
1.1.9. 96-cı maddədə “Proqeptazin” sözü “Proheptazin” sözü ilə əvəz edilsin;
1.1.10. 103-cü maddəyə “Tebakon” sözündən sonra “(asetildihidrokodeinon)” sözü əlavə edilsin;
1.1.11. 105-ci, 106-cı, 108-ci və 112-ci maddələr ləğv edilsin;
1.1.12. 115-ci maddənin sonundan nöqtə işarəsi çıxarılsın və aşağıdakı məzmunda 116–169-cu maddələr əlavə edilsin:
“116. O-(adamantan-1-il)-1-pentil-1H-indazol-3-karboksilat
117. N-(2-adamantil)-1-[(tetrahidropiran-4-il)metil]indazol-3-karboksamid (Adamantyl-THPINACA)
118. Akriloilfentanil (akrilfentanil)
119. BDB (əsası və duzları)
120. Benosiklidin
121. Butirfentanil
122. N-(1-benzilpiperidin-4-il)-N-fenilpropanamid (benzilfentanil)
123. N-[1-(2H-1,3-benzodioksol-5-il)-propan-2-il]-N-¬metilhidroksilamin (FLEA)
124. 1-(Benzofuran-5-il)-N-(2-metoksibenzil)propan-2-amin (5-APB-NBOMe)
125. 1-(Benzofuran-2-il)-propan-2-amin(2-APB) və törəmələri
126. 4-(Di(benzo[1,3]dioksol-5-il)(hidroksi)metil)piperidin-1-karbon turşusu
127. 2-(Difenilmetil)-1-metilpiperidin-3-ol(SCH-5472)
128. Difenil(pirrolidin-2-il)metanol (D2PM)
129. N-[2-(dimetilamino)sikloheksil]-N-metil-3,4-dixlorbenzamid (U-47700)
130. N-(3,3-dimetilbutan-2-il)-1,3-benzodioksol-5-karboksamid
131. 1-Etilpiperidin-3-il 2-hidroksi-2,2-difenilasetat (JB-318)
132. 4-Flüorizobutirilfentanil (4-FİBF, p-FİBF)
133. 5-Fenil-N-(piperidin-1-il)-1H-pirazol-3-karboksamid
134. N-fenil-1-pentil-1H-indol-3-karboksamid
135. N-fenil-N-[1-(tiofen-2-ilmetil)piperidin-4-il]propanamid (tenilfentanil)
136. N-(2-fenilpropan-2-il)-1-pentil-1H-pirrolo[2,3-b]piridin-3-karboksamid
137. Furanilfentanil
138. N-hidroksi-2-[2,5-dimetoksi-4-(propilsulfanil)fenil]etanamin (HOT-7)
139. (6S,6aR,9R,10aR)-9-hidroksi-6-metil-3-{[(2R)-5-fenilpentan-2-il]oksi}-5,6,6a,7,8,9,10,10a-oktahidrofenantridin-1-il asetat(CP 50,5561)
140. 1-(1H-indol-3-il)-3,3,4-trimetil-pent-4-en-1-on
141. 2-(1H-indol-3-il)-1-morfolinoetanon
142. N-(1-Karbamoil-2-metilpropil)-1-pentil-5-fenil-1H-pirazol-3-karboksamid
143. N-[(1S)-1-karbamoil-2,2-dimetilpropil]-3-(3-hidroksi-3-metilbutil)-2-oksobenzimidazol-1-karboksamid (PF-03550096)
144. (1-Karboksipropil)-1-pentil-1H-indazol-3-karboksilat
145. Karfentanil
146. Marixuana (kannabis)
147. MBDB (əsası və duzları)
148. 1-(1-Metil-3-metoksisikloheksil)piperidin (3-MeO-MPC)
149. N-metil-1,2-difeniletilamin
150. 1-Metilpiperidin-3-il 2-hidroksi-2,2-difenilasetat (JB-336)
151. Metil 2-{[9-(sikloheksilmetil)-9H-karbazol-3-il]formamido}-3,3-dimetilbutanoat (MDMB-CHMCZCA)
152. 3-[2-(2-Metoksibenzilamino)etil]-1H-xinazolin-2,4-dion (RH-34)
153. 5-Metoksi-3-(2-metoksibenzil)-7-pentil-2H-¬xromen-2-on (PSB-SB-1202)
154. Metoksiasetilfentanil
155. Metoksiketamin
156. Morfin metilbromid
157. Naftalin-2-il-1-(2-ftorfenil)-1H-indazol-3-karboksilat (3-CAF)
158. Okfentanil
159. Ortoflüorofentanil
160. Paraflüorbutirilfentanil
161. (1-Pentil-1H-indol-3-il)(pirrolidin-1-il)metanon
162. (1-Pentil-1H-indazol-3-il)(pirrolidin-1-il)metanon
163. Sikloheksil-[1,1'-bifenil]-3-ilkarbamat (URB602)
164. Siklopropilfentanil
165. Tetrahidrofuranilfentanil (THF-F)
166. 3-(2,2,3,3-Tetrametilsiklopropankarbonil)indol
167. Xaşxaş kütləsi
168. Xinolin-8-il-1-pentil-1H-pirrolo[2,3-c]piridin-3-karboksilat
169. 4-Xlor-N-(1-fenetilpiperidin-2-iliden)benzolsulfonamid.”;
1.2. “II. Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” fəslində:
1.2.1. 3-cü maddədə “Brolamfetamin DOB” sözləri “Brolamfetamin (DOB)” sözləri ilə əvəz edilsin;
1.2.2. 6-cı maddədə “DMT” sözü “DMT (dimetiltriptamin)” sözləri ilə əvəz edilsin;
1.2.3. 10-cu maddədə “Dronabinol-Delta-9-tetrahidrokannabinol” sözləri “Dronabinol (delta-9-tetrahidrokannabinol)” sözləri ilə əvəz edilsin;
1.2.4. 11-ci maddədə “Etisiklidin FSQ” sözləri “Etisiklidin FSH” sözləri ilə əvəz edilsin;
1.2.5. 22-ci maddədə “4-metilamironeks” sözü “4-metilaminoreks” sözü ilə əvəz edilsin;
1.2.6. 23-cü maddədə “4-MTA” sözü “4-MTA (4-metiltioamfetamin)” sözləri ilə əvəz edilsin;
1.2.7. 31-ci maddədə “N-etil MDA” sözləri “MDE, N-etil MDA” sözləri ilə əvəz edilsin;
1.2.8. 33-cü maddədə “Paraqeksil” sözü “Paraheksil” sözü ilə əvəz edilsin;
1.2.9. 37-ci maddədə “Rolisiklidin (FQP, FSPİ)” sözləri “Rolisiklidin (FHP, FSPİ)” sözləri ilə əvəz edilsin;
1.2.10. 41-ci maddədə “TMA” sözü “TMA (alfa-metilmeskalin)” sözləri ilə əvəz edilsin;
1.2.11. 44-cü maddədə “Tetrahidrokannabinol izomeri” sözləri “Tetrahidrokannabinol (bütün izomerləri)” sözləri ilə əvəz edilsin;
1.2.12. 45-ci maddədə “2 S-B” sözü “2 C-B” sözü ilə əvəz edilsin;
1.2.13. 47-ci maddədə “BZP-N-benzilpiperazin” sözləri “BZP, N-benzilpiperazin” sözləri ilə əvəz edilsin;
1.2.14. 56-cı maddədə “para-metil-4-metilaminoreks (4,4-DMAR)” sözləri “Para-metil-4-metilaminoreks (4,4'-DMAR, 4.4' Dimetilaminoreks)” sözləri ilə əvəz edilsin;
1.2.15. 56-cı maddənin sonundan nöqtə işarəsi çıxarılsın və aşağıdakı məzmunda 57–82-ci maddələr əlavə edilsin:
“57. AB-CHMİNACA
58. AB-PİNACA
59. ADB-CHMİNACA (MAB-CHMİNACA)
60. ADB-FUBİNACA
61. AM-2201 (JWH 2201)
62. CUMYL-4CN-BİNACA
63. 3-(2,6-Dixlorfenil)-2-etil-3,4-dihidroxinazolin-4-on (xlorokvalon)
64. Efedron
65. 3-(2-Etilfenil)-2-metil-3,4-dihidroxinazolin-4-on (etakvalon)
66. Etilfenidat
67. N-etilnorpentilon (efilon)
68. Etilon
69. 5F-APİNACA (5F-AKB-48)
70. 4-Flüoramfetamin (4-FA, 4-FMP, PAL-303, para-flüoramfetamin (PFA))
71. FUB-AMB (MMB-FUBİNACA, AMB-FUBİNACA)
72. JWH-018
73. MDMB-CHMİCA
74. 5F-MDMB-PİNACA (5F-ADB)
75. Mefedron (4-metilmetkation)
76. 2-Metil-3-(2-metoksi-4-nitrofenil)-3,4-dihidroxinazolin-4-on (nitrometakvalon)
77. Metiopropamin (MPA)
78. (2-Morfolin-4-iletil)-1-fenilsikloheksan-1-karboksilat (PRE-084)
79. Pentedron
80. 5F-PB-22 (5F-QUPIC, Xinolin-8-il-1-(5-flüorpentil)-1H-indol-3-karboksilat)
81. UR-144
82. XLR-11.”.
2. “II siyahı. Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr və psixotrop maddələr” bölməsi üzrə:
2.1. “I. Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr” fəslində:
2.1.1. 5-ci maddədə “Kodein və duzları” sözləri “Kodein (əsası və duzları)” sözləri ilə əvəz edilsin;
2.1.2. 7-ci maddədə “Morfin və duzları” sözləri “Morfin (əsası və duzları)” sözləri ilə əvəz edilsin;
2.1.3. 8-ci maddədə “Para-fluorofentanil” sözləri “Para-flüorofentanil” sözləri ilə əvəz edilsin;
2.1.4. aşağıdakı məzmunda 17–18-ci maddələr əlavə edilsin:
“17. (1S,5R,13R,17R)-10,14-dimetoksi-4-metil-12-oksa-4-azapentasiklo [9.6.1.01,13.05,17.07,18]oktadeka-7,9,11(18),14-tetraen (dihidrotebain)
18. Propanidid.”.
2.2. “II. Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələr” fəslinə aşağıdakı məzmunda 9–10-cu maddələr əlavə edilsin:
“9. N-hidroksi-2-(difenilmetilsulfinil)asetamid (adrafinil)
10. Dekstrometorfan.”.
3. “III siyahı. Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr” bölməsi üzrə:
3.1. 2-ci maddədə “Alprozolam” sözü “Alprazolam” sözü ilə əvəz edilsin;
3.2. 4-cü maddədə “Amfepramon-Dietilpropion” sözləri “Amfepramon (dietilpropion, fepranon)” sözləri ilə əvəz edilsin;
3.3. 64-cü maddənin sonundan nöqtə işarəsi çıxarılsın və aşağıdakı məzmunda 65–82-ci maddələr əlavə edilsin:
“65. Aprobarbital
66. Brallobarbital
67. Buprenorfın
68. Dezxloretizolam
69. Diklazepam
70. Etizolam
71. Fonazepam
72. Ftorbromazepam
73. Ftorbromazolam
74. Heptabarbital
75. Klonazolam
76. Kloniprazepam
77. Kvazepam
78. Meklonazepam
79. Nifoksipam
80. Pirazolam
81. Sinazepam
82. Vinbarbital.”.
4. “IV siyahı. Azərbaycan Respublikasının ərazisindən idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorlar” bölməsinə aşağıdakı məzmunda 24–29-cu maddələr əlavə edilsin:
“24. Alfa-fenilasetoasetamid (APAA)
25. Alfa-fenilasetoasetonitril (APAAN)
26. 4-Anilino-N-fenetilpiperidin (ANPP)
27. N-fenetil-4-piperidinon (NPP)
28. 3,4-MDP-2-P metil qlisidat (PMK glycidate)
29. 3,4-MDP-2-P metil qlisidik turşusu (PMK glycidic acid).”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 fevral 2021-ci il.