05 aprel 2021, 12:40
Büsra Bekdemirdən, Samsun, Türkiyə
Hörmətli cənab Prezident.
Mən 4-cü sinifdə oxuyuram. Azərbaycanı çox sevirəm. Ailəm kimi mən də Azərbaycanın haqq işini dəstəkləyirəm.
Atam mənə Qarabağda döyüşən igid qardaşlarımızın qəhrəmanlığı haqqında çox danışıb. O, həmişə bizim Azərbaycanı dəstəklədiyimizi və daim dəstəkləyəcəyimizi deyir. Atam da, mən də imkan olan kimi Azərbaycana gəlmək, ikinci Vətənimizi görmək istəyirik.
Qarabağda düşmənlə üz-üzə olan əsgərləri - böyük qardaşlarımı salamlayır, onları çox sevdiyimi, həmişə onların yanında olacağımı bildirirəm.
Sizin əllərinizdən öpür, işlərinizdə uğurlar arzulayıram.
Türk olmaq böyük xoşbəxtlikdir!
Hörmətlə,
Büsra Bekdemir
Türkiyə Respublikası, Samsun şəhəri.