02 aprel 2021, 17:52

Bekir Karadenizdən, Sivas, Türkiyə

Hörmətli cənab Prezident.

Sizi sevgi və hörmətlə salamlayıram. Qarabağda qazandığınız böyük Zəfər münasibətilə Sizi və bütün Azərbaycan xalqını təbrik edirəm. Allaha şükürlər olsun ki, Azərbaycan öz torpaqlarına qovuşdu, tarixi ədalət bərpa olundu. 2020-ci il noyabrın 8-də mənim qəlbimdəki yaralar sağaldı, ağrı-acılarım aradan qalxdı. Bu Qələbə məni çox sevindirdi və qürurlandırdı.

Vətən müharibəsində şəhid olan bütün qardaşlarımıza Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm. Sizə və Azərbaycan xalqına cansağlığı arzu edirəm. Azərbaycanın Qarabağ müharibəsindəki Zəfərinə həsr etdiyim şeiri diqqətinizə çatdırıram:

İki devlet bir millet, canımsın Azerbaycan,

Toprağı için akar insandakı asil kan

Namusu için yaşar onur-şerefli insan

Ne metlu Şuşa sana okunuyor ya ezan.

Unutma, Türk dünyası, sekiz kasımdı bu gün

Dünya basın yayını hep bir ağızdı, ya dün

Tarihler nasıl yazmaz ögün, Türkoğlu, ögün

Rabbim inananla birdir, inançsız, çırpın döğün

Ölenler şehit olur, kalanlar ise gazi,

Allah ne emretmişse anlımızda o yazı

Çırpınır Karadeniz al bayrağa sevdası

Vatan için ölenler bedende duymaz acı

Dualarımız bitmez dağlık kara bağlara

Mağdur fakir muhacir bütün Azerbaycan’a

Şuşa’da biten güller al Aşık Bekir sana

El aç sakın bitirme, sükrü ulu Allah’a

Hörmətlə,

Bekir Karadeniz

Türkiyə Respublikası, Sivas şəhəri.