Cəfər İsgəndərovdan, Gəncə, Azərbaycan
Hörmətli cənab Prezident,
Azərbaycan xalqına, hər bir vətəndaşa yaşatdığınız gözəl günlərə görə Sizə minnətdarlıq bildirir, qətiyyətiniz, əzminiz qarşısında baş əyirəm.
İnanıram ki, ümummilli liderlə Sizin birlikdə ucalacaq abidəniz hər bir azərbaycanlının qürur yeri olacaq. Bu gün xalqımız sevinir, şəhidlərimizin də ruhu şaddır. Azərbaycan var olunca Sizin adınız da yaşayacaq.
Mənim 80 yaşım var. İcazə verin səmimi hisslərimi şeirlə ifadə edim:
Xalqına nur-çıraqsan,
Qafqaz sırası – Ağrı dağsan,
Yerə günəş tək nur saçacaqsan,
Tarix şahid İlhamıma!
Yerin mələkləri, göylərin ruhu,
İlhamı dərddən, bəladan qoru,
Xalqı qoruyur, onu eylə dürr,
Bəd nəzərlə baxan gözlərdən qoru!
Millətlərin lideridir,
Sərrafların öndəridir,
Haqq yolunun İlhamıdır,
Türk dünyasının İlhamıdır!
Hörmətlə,
İsgəndərov Cəfər
Azərbaycan Respublikası, Gəncə şəhəri.