11 mart 2021, 12:46
Akşin İbrahimovdan, Şirvan, Azərbaycan
Hörmətli cənab Prezident.
2021-ci il fevralın 26-da keçirdiyiniz mətbuat konfransındakı çıxışınız, yerli və xarici jurnalistlərin suallarına dolğun cavablar verməyiniz xalqımıza bir daha ruh yüksəkliyi bəxş etdi.
Sizin bütün cavablarınız xalqın ürəyindən xəbər verir. Siz hər kəslə öz dilində danışan, yerindəcə layiqli cavablarını verən poliqlot, zəngin dünyagörüşə malik siyasətçi kimi bir daha bütün dünyaya sübut etdiniz ki, Azərbaycan həm ön cəbhədə, həm də informasiya cəbhəsində layiqli və düzgün cavablar verməyə qadirdir.
Hörmətlə,
Akşin İbrahimov
Azərbaycan Respublikası, Şirvan şəhəri.