Oruc Orucovdan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident!
İzin verin Sizi Qələbə münasibətilə təbrik edim, ürəkdən salamlayım. Sizə uzun ömür, cansağlığı arzu edirəm. Qazandığınız nailiyyətlər dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin ruhunu çox şad edir. Vətəndaşlar da bu işlərdən şaddır.
Mən Sizə çox şeirlər həsr etmişəm. Bu qəbildən olan növbəti şeirimi Sizə təqdim edirəm.
Yaşasın Azərbaycan və Türkiyə!
Yaşasın İlham və Ərdoğan dostluğu!
Onlar möhkəmlədib bu qardaşlığı!
Yaşa Heydəroğlu İlham, yaşa sən!
Ata vəsiyyətin vurdun başa sən!
Atanız tək dahi siyasətçisən!
Dünyada sülh etmək qüdrətindəsən!
Allah səni Peyğəmbər göndəribdir,
Xalqının taleyin sənə veribdir!
Xainləri sözlərinlə vurmusan.
Düşmənləri ordun ilə qırmısan!
Dünyanı idarə edə bilərsən!
Pak ürəkdən sənə inanıram mən!
Cənab Ali Baş Komandan!
Xalqımız bir yumruq təki birləşib,
Əbədi birliyə and içibdilər.
Analar-atalar Vətən yolunda,
Övladlan üçün yol seçibdilər!
Zəfər və Qələbə yoludur bu yol!!
İlham Heydəroğlu yoludur bu yol!
Yaşasın bu yolla addımlayanlar!
Yaşasın bu yolda canın qoyanlar!
Yaşasın Vətənin dərdin duyanlar!!
Bu yolda döyüşən oğullar da var!!
Cənab Ali Baş Komandan!
Zəfər və Qələbə bayramımızın,
100 günün qürurla vururuq başa!
Düşmənlərin çox haqsız niyyətləri,
Dəmir yumruğunla çırpıldı daşa!
Cənab Ali Baş Komandan!
Dəmir yumruğunu qaldırdın göyə,
Düşmənin başına, Sən döyə-döyə.
Zəfər və Qələbə çaldırdın bizə!
Xalqımız eşq olsun, söyləyir Sizə!
Xalqımızı xoşbəxtliyə yetirdin.
Düşmənlərin izin-tozun itirdin!
Xalqımız vurğundur iradənizə!!
Dünya mat qalıbdır Qələbənizə!!
Hörmətlə,
Oruc Orucov (Bəbiraslanoğlu), şair,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
“Qızıl Qələm” mükafatı laureatı.
Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.