05 mart 2021, 15:15

Rəcəb Ərcandan, İsparta, Türkiyə

Hörmətli cənab Prezident.

Mən şairəm. 1957-ci ildən bəri şeir yazıram, kitab çap etdirirəm. Beş mindən çox şeirin müəllifiyəm.

Ermənilər üzərində qazandığınız Qələbə qardaş ölkənin vətəndaşı olaraq məni də çox sevindirmişdir. Bu Qələbəyə şeir də həsr etmişəm.

Dosta sevgi

“Bir millət, iki dövlət“ - qardaşımız Azərbaycan,

Onun üzüntüsü, sevinci, qüruru bir həyacan,

Əziz, hörmətli Prezidentimiz İlham Əliyev, babacan!

Gerçəklərlə könülə şeirlər yazan şair Rəcəb Ərcan.

Azərbaycan xalqının zəfərləri dünya tarixinə yazıldı,

Mərd döyüşməyi bacarmayan Paşinyana məzar qazıldı,

Ermənilər cahilcə peşman olub çox pis aşındı,

Səhv etdiklərini bilib öz kəndinə ağlayaraq daşındı,

Qafqazda illər sonra Qarabağ zəfərinin sevinci yaşandı,

Bu sevinc yaşanarkən, bütün Türkiyə düşündü...

Tarixən qonşuluğu, qardaşlığı yaşadan,

Mərd Türkiyə-Azərbaycan!

Hörmətlə,

Rəcəb Ərcan

Şair

Türkiyə Respublikası, İsparta şəhəri.