27 fevral 2021, 17:00
Ramiz Həsənovdan, Tovuz, Azərbaycan
Çox hörmətli cənab Prezident.
Kəndimizin subartezian quyusunda nasazlıq yarandığından içməli su və suvarma suyu sarıdan korluq çəkirdik. Bununla əlaqədar kənd sakinləri adından Sizə müraciət ünvanlamışdıq. Sizin diqqətinizin bəhrəsidir ki, subartezian quyusu təmir edildi. İndi quyudan yaxşı su çıxır.
Hörmətli cənab İlham Əliyev, Sizə öz adımdan və kənd sakinləri adından dərin minnətdarlığımızı bildirirəm. Allah-Təaladan arzu edirik ki, Sizin kölgənizi başımızın üzərindən əskik etməsin.
Hörmətlə,
Ramiz Həsənov
Azərbaycan Respublikası, Tovuz rayonu, Dönük Qırıqlı kəndi.