01 mart 2021, 12:30

Nazim Abdullayevdən, Naftalan, Azərbaycan

Müzəffər Ali Baş Komandanımız.

Öncə Sizə ailəmizin və Naftalanın vətənpərvər sakinlərinin salamlarını çatdırmaq istəyirəm.

Xocalı qətliamından 29 il ötməsinə baxmayaraq, fevralın 26-sı hər bir Azərbaycan vətəndaşı üçün unudulmaz bir tarixdir. Sizin rəhbərliyinizlə Azərbaycan Ordusu faciə qurbanlarının qisasını döyüş meydanında mərd-mərdanə aldı.

Möhtərəm cənab Prezident, Azərbaycan xalqının mənafeyini hər zaman üstün tutduğunuz üçün, ölkəmizin gələcəyi naminə gördüyünüz bütün işlər üçün Sizə və Mehriban xanım Əliyevaya təşəkkürümüzü bildiririk.

Hörmətlə,

Nazim Abdullayev

Azərbaycan Respublikası, Naftalan şəhəri.