27 fevral 2021, 16:14

Səbuhi Əsədovdan, Mingəçevir, Azərbaycan

Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan!

Biz xoşbəxt xalqıq. Həm rəngarəng zəngin təbiətə, 9 iqlim qurşağına malik yurdda yaşadığımıza, həm də Sizin kimi rəhbərimiz olduğuna görə çox xoşbəxtik. Allah Sizi bu dövlətin üstündən əskik etməsin, Sizi və ailənizi qorusun.

Cənab Prezident, bütün sosial qruplara məxsus insanlar Sizi dəstəkləyir və hamımız əminik ki, Sizinlə Azərbaycan xalqı əmin-amanlıq, sülh, bolluq, firavanlıq şəraitində yaşayacaq.

Diqqət və qayğınıza görə təşəkkür edirik. Allah Sizi qorusun!

Mən hər zaman Sizinlə qürur duyuram. Sadə vətəndaşların Sizə olan böyük sevgisi heç bir zaman azalmayacaq.

Allah başda Siz olmaqla Azərbaycanı və xalqımızı qorusun. Var olun!

Hörmətlə,

Əsədov Səbuhi Tahir oğlu

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.