Fərman Məmmədlidən, Bakı, Azərbaycan
Şanlı Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı!
Sizin qətiyyətli, milli köklər üzərində bərqərar olan, qlobal təfəkkürə, dönməz iradəyə əsaslanan rəhbərliyiniz və Ordumuzun qəhrəmanlığı sayəsində böyük Qələbə sevincini yaşadığımıza görə Sizə hədsiz minnətdarlığımı bildirirəm.
Siz bizə Allahın lütfüsünüz. Həsrətində olduğumuz zəfəri xalqımıza yaşatdığınıza görə Müzəffər Ali Baş Komandan kimi Sizi qəlbən təbrik edirik. Haqq-ədalət yolunda olan xalqımızın duaları qəbul edilib, muradı hasil olub. Azərbaycan bütövləşib, nəticədə işğalçı dövlət təslim aktına qol çəkməyə məhkum edilib. Sizin memarı olduğunuz Xalq-Prezident-Ordu vəhdəti əsasında dünyaya ədalətli mesajlar verilib. İllər, zamanlar keçəcək, xalqımız Böyük Qələbə sevincini daha geniş miqyasda yaşamaqda davam edəcək. Biz yaşlılar bir daha Sizə minnətdarıq ki, nisgilimizə son qoydunuz.
Cənab Prezident, Sizə möhkəm cansağlığı, Azərbaycanımızın yüksəlişində və Qarabağın bərpasında yeni-yeni uğurlar arzulayıram.
Hörmətlə,
Fərman Məmmədli
Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi.