Maqsud İsayevdən, Göygöl, Azərbaycan
Hörmətli cənab Prezident!
Biz Sizinlə - doğma Azərbaycanımızın şərəfli və ləyaqətli oğlu ilə fəxr edir və qürur duyuruq. Məhz Sizin fədakarlığınız sayəsində ölkəmiz günü-gündən güclənir, inkişaf edir və çiçəklənir. Siz Qarabağ uğrunda 44 günlük Vətən müharibəsində öz adınızı tarixə qızıl hərflərlə yazdınız.
Artıq bütün dünya ölkələri bizi qalib ölkə, qalib millət kimi tanıyır. Siz Azərbaycan xalqının ürəyində əbədiyaşar “Xalq Qəhrəmanı” kimi yer tutmusunuz.
Apardığınız uğurlu xarici, daxili, o cümlədən kadr siyasəti xalqımızın rifahına xidmət edir. Xüsusən səhiyyə sayəsində əldə edilən uğurlar pandemiya günlərində daha qabarıq gözə çarpır. Bütün bunlara görə Sizə səmimi təşəkkürlərimi çatdırıram.
Yaşasın qürurlu Prezidentimiz, yaşasın şanlı Ordumuz və xalqımız. Qarabağ Azərbaycandır!
Hörmətlə,
İsayev Maqsud Nəsib oğlu
Azərbaycan Respublikası, Göygöl rayonu, Göyçəkənd kəndi.