27 fevral 2021, 10:00

Elmar Rəsulovdan, Samara, Rusiya

Möhtərəm Prezident,

2020-ci il sentyabr ayının 27-də düşmənlərimiz atəşkəsi xaincəsinə pozdular. Buna cavab olaraq, işğal altında olan torpaqlarımızı düşməndən azad etmək üçün Sizin Ali Baş Komandan kimi verdiyiniz əmrlə başlanan Vətən müharibəsi 44 gün sonra şanlı Ordumuzun zəfəri ilə başa çatdı və düşmən təslim sənədini imzaladı. Bununla da Siz xalqımıza otuz ildən bəri gözlənilən Qələbə sevincini yaşatdınız. Bu sevincə Rusiyanın Samara vilayətində yaşayan soydaşlarımız da qoşulub. Samaradakı azərbaycanlılar birlik nümayiş etdirərək dövlətimizi və Sizin siyasətinizi dəstəkləyirlər. Biz vətənimizdən kənarda azərbaycançılığı qoruyaraq, millətimizi layiqincə təmsil edirik.

Vətən müharibəsi xalqla Ordunun Sizin ətrafınızda bir vəhdət halında birləşdiyini göstərdi. Bu müqəddəs savaşda canlarını fəda etmiş şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza sağlamlıq diləyirik.

Sizin apardığınız düzgün və müdrik siyasət nəticəsində düşmən layiqli cavabını aldı. Qələbə münasibətilə xalqımızı və Sizi ürəkdən təbrik edirik!

Hörmətlə,

Rəsulov Elmar Ədhəm oglu,

"Samara Vilayəti Azərbaycanlılarının Liqası”nın sədri.

Rusiya Federasiyası, Samara şəhəri.