27 fevral 2021, 14:40

Şahvələd Rüstəmovdan, Naftalan, Azərbaycan

Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan!

Mən Naftalan sakinləri adından Sizi, qəhrəman Ordumuzu və xalqımızı düşmən üzərində qazanılmış qələbələr münasibətilə təbrik edirəm.

Çox şükür ki, Sizin sayənizdə torpaqlarımız erməni faşistlərinin işğalından azad olundu. Siz Azərbaycan üçün yeni bir tarix yazdınız. Bu tarix Sizi Azərbaycan Prezidenti olaraq daim yaşadacaq.

Ordumuz Sizin sayənizdə 30 illik Qarabağ həsrətinə son qoydu. Siz Azərbaycan xalqının öz rəhbərinə olan inam və etimadını doğrultdunuz. Bu haqq işinizdə Sizə cansağlığı, uğurlar arzulayıram.

Hörmətlə,

Rüstəmov Şahvələd Dadaş oğlu.

Azərbaycan Respublikası, Naftalan şəhəri.