Səid Muradovdan, Cəlilabad, Azərbaycan
Hörmətli cənab Prezident!
Mən Cəlilabad rayonunda doğulmuşam və hazırda burada yaşayıram. Ali təhsilliyəm, ailəliyəm, 2 azyaşlı övladım var. Rayonda sahibkarlıq fəaliyyəti ilə məşğulam. Bir vətəndaş və sahibkar olaraq öz vəzifə borcumu bildiyimə görə nümunəvi sahibkarlardan sayılıram.
Mən dövlətimiz tərəfindən sahibkarlığın inkişafına göstərilən dəstəkdən hər zaman razı qalmışam. Eyni zamanda qeyd etməliyəm ki, Azərbaycanda əmin-amanlığın, sabitliyin bərqərar olunması, ictimai asayişin yüksək səviyyədə qorunması çox müsbət haldır. Bu, biz sahibkarlar üçün münbit və əlverişli şərait deməkdir və sözsüz ki, ürəyimizcədir.
Cənab Prezident, Uca Allah yar və yardımçınız olsun.
Hörmətlə,
Muradov Səid Fəxrəddin oğlu,
2-ci qrup əlil, sahibkar.
Azərbaycan Respublikası, Cəlilabad şəhəri.