Azər və Nicat Sadıqovlardan, Tovuz, Azərbaycan
Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan!
Mən və oğlum müharibə iştirakçılarıyıq. Mən Qarabağ müharibəsində, oğlum isə Vətən müharibəsində iştirak etmişdir. Sizin müharibə veteranlarına olan diqqətinizi biz də hər zaman görmüşük və razı qalmışıq. Bu yaxınlarda bu diqqətin bir daha əyani surətdə şahidi olduq. Üzləşdiyimiz problemin həllinə kömək gösərilməsi xahişi ilə Sizə müraciət etmişdik. Müraciətimizə dərhal reaksiya verdiyiniz üçün Sizə sonsuz minnətdarlığımızı bildiririk. Bu, dövlətimizin, möhtərəm Prezidentimizin, Ali Baş Komandanımızın müharibə iştirakçılarına olan qayğısının bariz nümunəsidir.
Allah dövlətimizi və onun qayğıkeş Prezidentini qorusun!
Tarixə adını qızıl hərflərlə yazdırmış böyük Sərkərdə, Müzəffər Ali Baş Komandan İlham Əliyevə eşq olsun!
Qarabağ Azərbaycandır!
Biz də - ata və oğul hər zaman əmrinizə hazırıq.
Hörmətlə,
Sadıqov Azər Həsən oğlu, Qarabağ müharibəsi veteranı,
Sadıqov Nicat Azər oğlu, Vətən müharibəsi iştirakçısı.
Azərbaycan Respublikası, Tovuz rayonu, Əyyublu kəndi.