25 fevral 2021, 10:00

Bəyaz Allahverdiyevadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Mən sadə və zəhmətkeş Azərbaycan vətəndaşıyam, təhsil sahəsində çalışıram. Öncə onu qeyd etmək istəyirəm ki, məni və ailəmi məcburi köckün adından azad etdiyiniz, doğma torpaqlarımızı geri qaytardıgınız üçün Sizə və müzəffər Azərbaycan Ordusuna özümün və ailəmin adından sonsuz minnətdarlıgımı bildirirəm.

Cənab Prezident, Siz böyük uğurlara imza atır, daim xalqımızın rifahını düşünür və bununla əlaqədar məqsədyönlü işlər görürsünüz. Bu gün Azərbaycanın hər bir vətəndaşı Sizin qayğınızı öz gündəlik həyatında hiss edir. Vaxtilə biz məcburi köçkünlərə dayaq oldunuz, bizi yaşayış yeri ilə təmin etdiniz. İşğaldan azad edilmiş doğma torpaqlarımızın da Sizin sayənizdə ən qısa zamanda çiçəklənəcəyinə, orada müasir infrastruktur qurulacağına və vətəndaşlarımızın firavan həyat yaşayacağına əminik.

Hər şey üçün Sizə bir daha təşəkkür edirəm.

Hörmətlə,

Bəyaz Allahverdiyeva

“Qobu Park-3” yaşayış kompleksində məskunlaşmış Zəngilan rayonu Mincivan qəsəbə sakini

Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu.