Rövşən İmanovdan, Lerik, Azərbaycan
Hörmətli və əziz cənab Prezident.
Xalqımızın sonsuz sevincinə səbəb olan Qələbəyə görə Sizi təbrik edir, eyni zamanda bu Qələbənin memarı kimi dərin təşəkkürümü bildirirəm.
Azərbaycanın yenilməz Ordusu Sizin rəhbərliyinizlə 44 gün ərzində qəhrəmanlıq göstərərək dilbər guşəmiz Qarabağı erməni işğalından azad etdi.
Tarixə düşən misilsiz hünər Vətənimizin parçası Qarabağın azadlığı və səadəti naminə atılan addımların nəticəsində mümkün oldu, dinc gələcək naminə bölgədə Azərbaycan bayrağı dalğalandı.
Siz və igid əsgərlərimiz 44 gün gecə və gündüz qələbə naminə çalışdınız, mübarizə apardınız. Allah şəhidlərimizə rəhmət eləsin. Bütün xalqımız Sizə və dünyanın güclü ordularından birinə çevirdiyiniz silahlı qüvvələrimizə minnətdardır.
Sizə cansağlığı, uzun ömür və yeni uğurlar arzulayıram.
Qarabağ Azərbaycandır!
Yaşasın Azərbaycan!
Hörmətlə,
Rövşən İmanov
Şair-publisist
Azərbaycan Respublikası, Lerik rayonu, Siyov kəndi.