24 fevral 2021, 15:37
Əsmər Mirzəlidən, Şirvan, Azərbaycan
Azərbaycanı inamla irəli aparan möhtərəm Prezident.
Siz, "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" deyən ümummilli liderimiz Heydər Əliyevin ümidlərini doğruldan, ata vəsiyyətini həyata keçirən qüdrətli Sərkərdəsiniz. 18 illik Prezidentlik fəaliyyətiniz bu fikrin qəti qənaət olduğunu bir daha sübut edir.
Siz, düşünülmüş islahatlar və müdrik qərarlarınız ilə həyatımıza yeni nəfəs gətirdiniz, Azərbaycanı dünyanın inkişaf edən ölkələri sırasına çıxardınız. Sizinlə Azərbaycanı qarşıda daha parlaq gələcək gözləyir. Biz Sizə inanır, Sizin daha xoşbəxt gələcək vəd edən daxili və xarici siyasətinizi hamılıqla dəstəkləyirik.
Yaşasın cənab İlham Əliyev!
Hörmətlə,
Əsmər Mirzəli
Azərbaycan Respublikası, Şirvan şəhəri.