23 fevral 2021, 14:45

Əsədli Tərlan Qabil oğlundan, Biləsuvar, Azərbaycan

Möhtərəm Prezident.

Sizə ölkəmizin neft-qaz sektorunda çalışan gənclər adından minnətdarlığımızı bildirirəm.

Siz hər zaman neft-qaz sektoruna xüsusi diqqət ayırmısınız, bilavasitə Sizin dəstəyiniz sayəsində çoxlu sayda savadlı gənc neftçilər yetişmiş və bu sahə üzrə çalışmaqdadırlar. Sizin gənclərə dəstəyiniz bizi daha da həvəsləndirir.

Cənab Prezident, əmin ola bilərsiniz ki, biz neftçilər Sizin ümidlərinizi doğruldacaq və hər zaman Sizin yanınızdayıq. Sizə möhkəm cansağlığı, işlərinizdə yeni uğurlar arzu edirəm.

Hörmətlə,

Əsədli Tərlan Qabil oğlu

Azərbaycan Respublikası, Biləsuvar şəhəri.