26 iyul 2010, 16:18
Ağakərim İbrahimovdan, Biləsuvar, Azərbaycan
Möhtərəm cənab Prezident,
Respublikamızın müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə, silahlı qüvvələrin giziri oğlum Mübariz İbrahimova ölümündən sonra “Azərbaycanın milli qəhrəmanı” adını verdiyiniz üçün Sizə bütün ailə üzvlərim və şəxsən bir ata kimi öz adımdan dərin minnətdarlığımı bildirirəm. Vətən torpağının hər qarışı bizim üçün əzizdir və onu hər an göz bəbəyi kimi qorumağa hazırıq.
Oğlum Mübariz İbrahimovun rəşadətini layiqincə qiymətləndirdiyinizə görə Sizə bir daha dərin minnətdarlığımı bildirirəm.
Hörmətlə,
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun atası Ağakərim İbrahimov
Biləsuvar rayonunun Əliabad kəndi.