24 fevral 2021, 11:30

Murad Bağırov və Emil Nəsirovdan, Sabirabad, Azərbaycan

Möhtərəm cənab Prezident.

Vətən Müharibəsində Qələbəmiz bütün xalqımıza böyük fərəh hissi bəxş etmişdir. Biz, könüllü olaraq döyüşlərdə fəal iştirak etdiyimiz üçün şərəf hissi duyuruq.

Sizin işğaldan azad edilmiş torpaqlarımıza səfərləriniz, oradan düşmənə öz sözlərinizi çatdırmağınız bizi qürurlandırır. Mənfur düşmən tərəfindən dağıdılmış məscidləri ziyarət etməyiniz, Məkkədən gətirdiyiniz Qurani-Kərim kitabını Ağdam məscidinə hədiyyə etməyiniz dinimizə olan ehtiramın bariz nümunəsidir.

Cənab Prezident, Qələbə münasibətilə Sizi səmimi qəlbdən təbrik edirik. Vətən Müharibəsi iştirakçısı kimi fəxr edirik ki, Sizin kimi Ali Baş Komandanımız və Prezidentimiz var. Allahdan Sizə və ailənizə uzun ömür, cansağlığı arzu edirik.

Yaşasın Azərbaycan!

Qarabağ Azərbaycandır!

Hörmətlə,

 Murad Bağırov 

 Emil Nəsirov

Azərbaycan Respublikası, Sabirabad rayonu, Əlicanlı kəndi.