22 fevral 2021, 11:11
Ramal Məmmədzadədən, Tərtər, Azərbaycan
Mənim sevimli Prezidentim.
Vətən Müharibəsində qazandığımız Zəfər Sizin sayənizdə oldu. Həm xalqımızı, həm də biz uşaqları çox sevindirdiniz.
Biz bilirik ki, Siz uşaqları çox sevirsiniz, hər zaman qayğımıza qalırsınız. Buna görə özümüzü xoşbəxt hiss edirik, gələcəyimizin parlaq olacağına inanırıq.
Əziz Prezidentimiz, Sizə uzun ömür və cansağlığı arzulayıram.
Hörmətlə,
Ramal Məmmədzadə
Azərbaycan Respublikası, Tərtər rayonu, Hüsənli kəndi.