Elşən Ağayevdən, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
Azərbaycanın son dövrlərdə keçdiyi inkişaf yolu göz qabağındadır. Atdığınız hər bir addımın məqsədi sözsüz ki, ölkəmizin hərtərəfli inkişafını təmin etmək, vətəndaşların rahat və fıravan yaşamasını qorumaq, qanunvericilik bazasını yeniləmək və təkmilləşdirmək, ölkəmizi daha da müasirləşdirməkdir.
Bu yolda Sizin müdrik siyasətiniz, fədakar əməyiniz, böyük işiniz vardır. İnsanların, vətəndaşların hüquq və azadlıqlarının təmini, vətəndaşların rahat yaşaması və müdafiə olunması istiqamətində həyata keçirilən siyasətiniz uğurlarla zəngindir.
Qarabağ münaqişəsinin beynəlxalq səviyyədə həll olunmadığına bütün dünya şahid idi. Sizin Ali Baş Komandan kimi apardığınız 44 günlük müharibədə Azərbaycanın işğal edilmiş torpaqları geri qaytarıldı. Azərbaycan dünyaya bir daha bəyan etdi ki, dünya şöhrətli Lideri, qüdrətli Ali Baş Komandanı, güclü ordusu və vətənpərvər xalqı vardır.
“İnsan Hüquqlarının Müdafiəsi və Ekologiyanın Qorunması Mərkəzi” İctimai Birliyinin 500 nəfərdən artıq kollektivi Sizin apardığınız bütün siyasəti dəstəkləyir və Sizinlə bir yerdədirlər.
Qoy, Ulu Tanrı Sizə daim yar olsun!
Hörmətlə,
Elşən Ağayev
“İnsan Hüquqlarının Müdafiəsi və Ekologiyanın Qorunması Mərkəzi” İctimai Birliyinin sədri
Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.