20 fevral 2021, 13:50

Rzayev Şahin Əziz oğlundan, Tərtər, Azərbaycan

Müzəffər Ali Baş Komandan.

Biz Sizinlə fəxr edirik. Fəxr edirik ki, Sizin kimi xalqına bağlı Ali Baş Komandanımız var. Fəxr edirik ki, Sizin qətiyyətiniz və komandanlığınızla düşmən üzərində həm müharibədə, həm də informasiya cəbhəsində qələbə qazandıq.

Cənab Prezident, tərtərlilər Sizi sevir və dəstəkləyirlər, rayonumuza hər gəlişiniz toy-bayrama çevrilib. Sizin diqqət və qayğınızı daim hiss etmişik. Həmişə tərtərliləri, onların qəhrəmanlığını yüksək qiymətləndirmisiniz. Bunun üçün Sizə minnətdarıq.

Bu gün Tərtər böyük tikinti meydançasını xatırladır. Müharibədən dərhal sonra küçələrdə abadlıq işləri aparılır, asfalt salınır. Evlər, sosial obyektlərdə təmir-bərpa işləri görülür.

Sizin tapşırığınızla işğaldan azad edilmiş Suqovuşan, Talış, Çaylı kəndlərinə gedən avtomobil yolu da bərpa olunubdur.

Tərtər gündən-günə böyüyür və gözəlləşir. İndi bizim möhtəşəm Olimpiya İdman Kompleksimiz, “Dövlət rəmzləri”, “Tarix diyarşünaslıq” muzeylərimiz, müasir Şahmat Məktəbimiz var.

Sizin qayğınızla Tərtər ən inkişaf etmiş, seçilən rayonlardan olacaq. Bütün bunlara görə rayonumuzun sakinləri adından Sizə minnətdarlıq edirəm.

Hörmətlə,

Rzayev Şahin Əziz oğlu

Azərbaycan Respublikası, Tərtər rayonu.