20 fevral 2021, 12:19
Murad Kajlayevdən, Mahaçqala, Dağıstan, Rusiya
Hörmətli cənab Prezident.
90 illik yubileyim və yaradıcılığımın 72 illiyi ilə əlaqədar mənə verdiyiniz dəyərə, səmimi təbriklərə, yüksək hökumət mükafatına görə Sizə ürəkdən təşəkkür edirəm.
Bəli, doğulduğum Böyük Azərbaycan mənim beşiyim, ocağım, taleyimdir. Azərbaycan mənim həyata başladığım və yüksək təhsil aldığım bir ölkədir.
Uca Allah mənə nə qədər ömür veribsə, o qədər də mənə olan isti münasibətinizi hörmət və ehtiramla xatırlayacaq, daim dəyər verəcəyəm. Soyadınızın və Mehriban xanımın qarşısında böyük hörmətlə baş əyirəm.
Hörmətlə,
Murad Kajlayev
SSRİ Xalq artisti, Rusiyanın və Azərbaycanın “Dostluq” ordenləri ilə təltif edilmiş bəstəkar və dirijor
Rusiya Federasiyası, Dağıstan Respublikası, Mahaçqala şəhəri.