İsa İsayevdən, Naftalan, Azərbaycan
Hörmətli cənab Prezident.
Vətən Müharibəsindəki Qələbəmiz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Mən bu döyüşlərə könüllü qatılaraq, fəal iştirak etdiyim üçün qürur hissi duyuram. Doğma Vətənə, möhkəm birliyə malik xalqa, möhtəşəm sərkərdəlik bacarığı olan Ali Baş Komandana xidmət etmək mənim üçün şərəfdir. Biz gənclər ulu öndərimiz Heydər Əliyevdən və şəxsən Sizdən çox şey öyrənmişik. Vətənə sevgi və məhəbbət, xalqa layiqli xidmət bunların ən önəmlisidir. Biz bu gün də Sizdən ibrətamiz nümunələr görürük. Xüsusilə Sizin və respublikamızın Birinci xanım Mehriban Əliyevanın Ağdam Cümə məscidinə ayaqyalın daxil olmağınız və məscidə “Qurani-Şərif” bağışlamağınız Sizin dinimizə, dünya müsəlmanlarına verdiyiniz dəyərin bariz nümunəsidir.
Ulu Tanrı Sizi və ailənizi, millətimizi və xalqımızı qorusun.
Hörmətlə,
İsa İsayev
Azərbaycan Respublikası, Naftalan şəhəri.