19 fevral 2021, 16:50

İlqar Rəhimovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin 25 illiyi münasibətilə Azərbaycan idmanının inkişafında xidmətləri olan paralimpiyaçıların dövlətin yüksək orden və medalları ilə təltif olunmasına görə Sizə dərin təşəkkürümüzü bildiririk.

Möhtərəm cənab Prezident,

Sizin tərəfinizdən təltif olunmaq bizim üçün həm yüksək şərəf, həm də böyük məsuliyyətdir. Sizə söz veririk ki, Paralimpiya Milli komandasının üzvləri bu il Yaponiyanın paytaxtı Tokio şəhərində keçiriləcək XVI Yay Paralimpiya Oyunlarında və digər beynəlxalq yarışlarda Azərbaycanı bundan sonra da layiqincə təmsil edəcək və bayrağımızı yüksəklərə qaldırmaq üçün əllərindən gələni əsirgəməyəcəklər.

Dərin hörmətlə,

İlqar Rəhimov,

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti.

Azərbaycan Respublikası, Bakı şəhəri.