20 fevral 2021, 10:00

Ülvi Muradovdan, Naftalan, Azərbaycan

Möhtərəm cənab Prezident, qalib Ordunun Müzəffər Ali Baş Komandanı!

44 günlük Vətən müharibəsində bizə bəxş etdiyiniz möhtəşəm Qələbə münasibətilə Sizi təbrik edirəm. Sizin qətiyyətli addımlarınız və uzaqgörən siyasətiniz düşməni həm hərb meydanında, həm də siyasi meydanda məğlub etdi.

Tovuz döyüşlərindən sonra Sizin çağırışınızla mən və mənim kimi on minlərlə gənc ordu sıralarına könüllü yazıldı. Biz əmin idik ki, Ali Baş Komandanımız torpaqlarımızı düşmən tapdağından azad edəcək.

Qələbədən sonra evimizə döndükdə müharibədə olduğum dövrdə ailəmin diqqət və qayğıdan kənarda qalmadığını görmək mənə qürur verdi. Sizin sayənizdə bu gün də ailəmizə hər cür dəstək göstərilir. Fəxr edirəm ki, Sizin kimi müdrik Prezidenti olan ölkənin vətəndaşıyam.

Yaşasın Ali Baş Komandan!

Hörmətlə,

Muradov Ülvi Zakir oğlu

Azərbaycan Respublikası, Naftalan şəhəri.