25 fevral 2021, 11:55

İdayyət Əliyev və başqalarından, Sabirabad, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Azərbaycanın 44 günlük döyüşlərdə qələbəsi heç şübhəsiz gələcək nəsillər tərəfindən hələ uzun illər qürurla öyrəniləcək, araşdırılacaq. Heç kimə sirr deyil ki, qələbənin qazanılmasında başlıca səbəb xalqla hakimiyyətin birliyi və Sizin yürütdüyünüz ardıcıl, uğurlu siyasətdir. Bu zəfər Sizin gərgin əməyinizin nəticəsidir.

Siz Qarabağı düşməndən azad etdiniz, ata vəsiyyətini yerinə yetirdiniz, azərbaycanlı olmağı ilə fəxr edən hər bir vətəndaşa sonsuz qürur yaşatdınız. Gördüyünüz işlər barədə minlərlə kitab yazılacaq, filmlər çəkiləcək, onların hamısı Sizin heç vaxt tarixdən silinməyəcək əbədi sözlərinizlə bağlı olacaq: “Qarabağ Azərbaycandır!”

Hörmətlə,

Əliyev İdayyət Əlixeybət oğlu,

Həsənov Səid Vahid oğlu,

Kərimov Elman Qaroğlan oğlu.

Azərbaycan Respublikası, Sabirabad rayonu.