Afiq Mirzəyevdən, Yevlax, Azərbaycan
Möhtərəm cənab Prezident,
Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə ilə Siz həm öz gücünüzü, həm də xalqımızın gücünü bir daha bütün dünyaya göstərdiniz. Müzəffər Ordumuzun yenilməz Ali Baş Komandanı olaraq ölkəmizin ərazi bütövlüyünü təmin etdiniz. Bütün zəhmətinizə görə Sizə nə qədər təşəkkür etsək azdır.
Ulu öndərimiz Heydər Əliyevin “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” sözlərinin müdrikcəsinə deyildiyi öz təsdiqini tapdı.
Çox şadıq ki, Siz də Ulu Öndərimiz kimi xalqımızın qəlbində əbədiyaşarlıq qazandınız, adınızı Azərbaycan tarixinə qızıl hərflərlə həkk etdiniz.
Cənab Prezident, Tanrı Sizi və ailənizi qorusun.
Hörmətlə,
Afiq Mirzəyev
Azərbaycan Respublikası, Yevlax şəhəri.