18 fevral 2021, 13:32

Tofiq Hüseynovdan, Tərtər, Azərbaycan

Möhtərəm cənab Prezident!

Koronavirus pandemiyasının bütün dünyanı ağuşuna aldığı bir vaxtda Sizin gördüyünüz qabaqlayıcı tədbirlər nəticəsində şükürlər olsun ki, başqa ölkələrlə müqayisədə Azərbaycanda yoluxma sayı az oldu. İnsanların sağlamlığına göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarıq.

Bizim Tərtər rayonunda da COVID-19 infeksiyasına qarşı peyvəndləmə işinə başlanılıb. Mənim 69 yaşım var. Peyvəndin ilk dozasını vurdurmuşam. Özümü yaxşı hiss edirəm. Digər insanlara da peyvənd vurdurmağı tövsiyə edirəm.

Möhtərəm cənab Prezident, Siz hər zaman ölkə vətəndaşlarının yanındasınız. Biz tərtərlilər həmişə, xüsusilə də Vətən müharibəsi dövründə və müharibədən sonra Sizin qayğınızı hiss etməkdəyik. İnsanların sağlamlığına göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarıq.

Tanrı Sizi və ailənizi, bütün Azərbaycanımızı qorusun!

Hörmətlə,

Hüseynov Tofiq Ədil oğlu

Azərbaycan Respublikası, Tərtər şəhəri.