18 fevral 2021, 12:23

Ramil Namazovdan, Bakı, Azərbaycan

Müzəffər Ali Baş Komandan, möhtərəm cənab Prezident!

Sizin müdrik siyasətiniz, böyük qətiyyətiniz və sarsılmaz iradəniz sayəsində Azərbaycan xalqı öz tarixinin ən möhtəşəm dövrünü yaşayır. Dünya azərbaycanlılarının lideri kimi xalqı dəmir yumruq kimi birləşdirən “Qarabağ Azərbaycandır!" şüarı qələbəmizin əsasına çevrilən milli birliyimizi və həmrəyliyimizi daha da möhkəmləndirdi.

Siz ümummilli liderimiz Heydər Əliyevin vəsiyyətinə uyğun olaraq 30 ildən artıq düşmən tapdağı altında olan torpaqlarımızı 44 günlük Vətən Müharibəsi dövründə qazanılan Qələbə ilə azad etdiniz. Bu şanlı Qələbə ilə Azərbaycan xalqının qürurunu özünə qaytardınız. Qalib xalq kimi yenilməzliyini, sarsılmaz birliyini, Vətən sevgisini və siyasi mədəniyyətini bütün dünyaya nümayiş etdirdiniz . Hamımızı əlçatmaz saydığımız arzulara qovuşdurdunuz. Ölkəmizin yeni intibah dövrünün əsasını qoydunuz.

Dünyada baş verən pandemiya və iqtisadi çətinliklərə baxmayaraq Sizin uzaqgörən müdrik rəhbərliyiniz sayəsində biz bu sınaqdan uğurla çıxacağıq.

Uca Tanrıdan Sizə bu şərəfli işinizdə yeni-yeni müvəffəqiyyətlər arzulayıram, dövlətimizin işıqlı gələcəyi və xalqımızın rifahı naminə yorulmaz fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm.

Dərin hörmətlə,

Namazov Ramil Binnət oğlu, elmi işçi.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu.