İlqar Quliyevdən, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident, qalib Ordunun Müzəffər Ali Baş Komandanı.
Tarixi qələbəmizin, torpaqlarımızın azad olunması güclü ordunun və iradəli xalqın Sizin ətrafınızda birləşməsinin nəticəsində baş verdi. Torpaqlarımızın azad olunması ilə Azərbaycan tarixinə öz imzanızla möhür vurdunuz. Milyonlarla insana illərlə həsrətlə gözlədiyi sevinc hissini yaşatdınız.
Cənab Prezident, Sizin azad olunmuş rayonlara səfərlərinizi qürurla izləyirik. Həmin torpaqlarda bayrağımızı qaldırmaqla düşmənlərə bir daha sübut etdiniz ki, Azərbaycan xalqı öz tarixi keçmişini qoruyub saxlamağa qadirdir.
Sizin “Böyük Qayıdış” adlandırdığınız bu yol bizi bugünkü gündə sözün əsl mənasında işıqlı gələcəyə ruhlandırdı. Biz öz doğma yurdumuza qayıdırıq, bu, bizim üçün ali bir hissdir. Bu qürur və sevinc hisslərini bizə yaşatdığınız üçün çox sağ olun. Həm döyüş meydanında, həm siyasi arenada qazandığınız qələbələr bütün xalqımızın, o cümlədən məcburi köçkünlərin gələcəyini işıqlandırdı.
Bütün məcburi köçkün və müharibə veteranları adından Sizə sonsuz təşəkkürümü bildirirəm.
Allah Sizi, ailənizi və xalqımızı qorusun.
Hörmətlə,
İlqar Quliyev
Qarabağ müharibəsi əlili, Müharibə Veteranlarına Dəstək İctimai Birliyinin Qaradağ rayonu, Ümid qəsəbə şöbəsinin sədri
Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu.