25 fevral 2021, 18:00
İlyas Əsədovdan, Sabirabad, Azərbaycan
Hörmətli cənab Prezident.
Vətən Müharibəsində əldə olunan Qələbə Sizin gərgin əməyinizin, qətiyyətinizin və müdrik siyasətinizin nəticəsidir. Bu qələbə Azərbaycan xalqını sevindirməklə yanaşı, şəhidlərimizin və əcdadlarımızın ruhlarını şad etdi, torpaq həsrəti ilə yaşayan insanları vüsala çatdırdı.
İnanırıq ki, Sizin sayənizdə işğaldan azad olunan ərazilərimizdə tezliklə ən müasir və gözəl infrastruktur qurulacaq, doğma el-obalarımızda həyat canlanacaqdır. Uzun illər ötüşəcək, bu işlərin dəyəri, qiyməti hər zaman təqdir olunacaqdır.
Allah Sizi və ailənizi qorusun, cənab Prezident!
Hörmətlə,
İlyas Əsədov
Azərbaycan Respublikası, Sabirabad rayonu, Yaxa Dəllək kəndi.