18 fevral 2021, 15:12

Kamil Ağayevdən, Neftçala, Azərbaycan

Çox hörmətli cənab Prezident.

Sizə böyük həvəslə yazdığım bu məktub doğrulan ümidlərimizin növbəti əks-sədasıdır.

Son illər ərzində kəndimizdə çox məsələlər öz həllini tapmışdır. Lakin təbii qazla təchizatın olmaması sakinləri çətinliklə üz-üzə qoymuşdu. Mən kənd sakinlərinin bu dərdi barədə Sizə - çox sevdiyimiz əziz Prezidentimizə müraciət etmişdim. Bu müraciət əsasında lazımi işlər görülmüş, kəndimizə qaz xətti çəkilmişdir. Kənd sakinlərinin sevinc göz yaşlarını görməyə dəyərdi.

Cənab Prezident, sonsuz təşəkkür və sevinc dolu ürəyimin səsi ilə bu məktubu qələmə aldım. Allah Sizin kölgənizi bu xalqın, bu dövlətin başı üzərindən əskik etməsin!

Hörmətlə,

Kamil Ağayev

Azərbaycan Respublikası, Neftçala rayonu, Pirəbbə kəndi.