Elşən Tağıyevdən, Gəncə, Azərbaycan
Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan.
Sizin güclü siyasətiniz, müdrikliyiniz, Ordumuza göstərdiyiniz etimad nəticəsində 30 illik Qarabağ həsrətimiz sona çatdı. Bu Qələbə münasibətilə Sizi və xalqımızı təbrik edirəm.
44 günlük Vətən müharibəsində iştirakım, rəhbərlik etdiyiniz Ordunun döyüşçüsü olmaq mənim üçün fəxrdir. İşğal olunmuş beş rayonumuzun azadlığı uğrunda döyüş əməliyyatlarında iştirakımla qürur duyuram. Mən Sizin sərəncamlarınızla Cəbrayılın, Qubadlının, Laçının azad olunmasına görə medallarla təltif olundum. Bu diqqət və qayğıya görə də Sizə təşəkkürümü bildirirəm.
Mən döyüşdə olarkən ailə üzvlərim də diqqətdən kənarda qalmayıblar. Ailəmlə mütəmadi olaraq maraqlanılıb, dəstək göstərilib, qayğısına qalınıb.
Çox sağ olun, Müzəffər Ali Baş Komandan.
Qarabağ Azərbaycandır!
Hörmətlə,
Elşən Tağıyev
Azərbaycan Respublikası, Gəncə şəhəri.