16 fevral 2021, 13:23

Səlimova Elnarə Sabirəddin qızından, Naftalan, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Doğma Azərbaycanımızın daim inkişaf edərək çiçəklənməsi, təhlükəsizliyinin və ərazi bütövlüyünün təmin edilməsi uğrunda gördüyünüz işlərin dəyəri ölçüyəgəlməzdir. Ulu öndərimiz Heydər Əliyevin əsasını qoyduğu tarixi bir missiyanı uğurla başa çatdırdınız, ata vəsiyyətini layiqincə yerinə yetirdiniz. Müzəffər Ordumuz və xalqımız Sizin ətrafınızda yumruq kimi birləşərək tarixi zəfərə imza atdı.

Cənab Prezident, bu gün Siz Qarabağımızı cənnət bölgəyə çevirmək üçün çox işlər görürsünüz. İşğaldan azad olunmuş ərazilərdə yol-nəqliyyat infrastrukturunun, yolların, su və enerji təchizatının bərpasına başlanılıb. Azərbaycan vətəndaşları bu bərpa-quruculuq işlərinin sona çatacağı və doğma torpaqlarına geri dönüb orada yaşayacağı günləri səbirsizliklə gözləyirlər.

Allah Sizi qorusun!

Hörmətlə,

Səlimova Elnarə Sabirəddin qızı

Azərbaycan Respublikası, Naftalan şəhəri.