Allahşükür Məmmədovdan, Bakı, Azərbaycan
Möhtərəm Prezident,
Sizin şəxsi ideyanızın məhsulu kimi, dünyada analoqu olmayan “ASAN xidmət” mərkəzlərinin yaradılması ölkəmizdə bir çox işləri asanlaşdırmış və xalqımızın sevincinə səbəb olmuşdur.
Hələ ulu öndər Heydər Əliyevin dönəmindən ölkəmizdə gənclər üçün yaradılmış əlverişli şərait Sizin tərəfinizdən müasir dövrün tələblərinə uyğun olaraq və innovasiyalar tətbiq edilməklə daha da yaxşılaşdırılmışdır. Xüsusən könüllülər hərəkatına böyük yol açmaqla gənclərin cəmiyyətdə rolunu daha da artırmış, onların idarəetmədə təmsil olunmasını ön plana çəkmisiniz.
2013-cü ildə mən “ASAN xidmət”in ilk könüllülərindən olmuşam və artıq 8 ildir ki, 1 saylı Bakı “ASAN xidmət” mərkəzində dövlətimə, xalqıma sevgi və qayğı ilə xidmət göstərirəm. Sizin sayənizdə biz gənclərin arzuları reallığa çevrilir.
Ali Baş Komandan kimi də 2020-ci ildə bizə böyük sevinc bəxş etdiniz. Vəhşi düşmən tərəfindən işğal edilmiş torpaqlarımız rəhbərliyinizlə müzəffər və rəşadətli Ordumuz tərəfindən azad edildi.
Müzəffər Ali Baş Komandan və Birinci vitse-prezident Mehriban xanım Əliyeva,
Sizləri bir gənc olaraq daim dəstəkləyəcək və sevəcəyəm. Hər zaman azərbaycanlı olduğuma və Sizin kimi şəxsiyyətlərin rəhbərliyi ilə dövlətimə xidmət etdiyimə görə fəxr edəcəyəm.
Gənclərə göstərdiyiniz dəstəyə görə Sizlərə dərin minnətdarlığımı bildirirəm.
Hörmətlə,
Məmmədov Allahşükür Vəliəddin oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.