Bakir Nəcəfovdan, Ağdam, Azərbaycan
Hörmətli cənab Prezident,
Ötən il sentyabrın 27-də Vətən müharibəsi başlayanda birmənalı surətdə əmin idik ki, Qələbə bizimlə olacaq. Siz və Ali Baş Komandanı olduğunuz Azərbaycan Ordusu xalqımızın inamını doğrultdunuz. Sizə və əsgərlərimizə dərindən təşəkkür edirəm. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm.
Sakini olduğum Ağdam rayonunun Birinci Dördyol qəsəbəsində 5 minə yaxın əhali yaşayır. Müharibə dövründə mənfur erməni hərbçiləri tərəfindən qəsəbəyə atılan top mərmiləri dörd sakinin yaralanmasına və yaşayış evlərinin dağılmasına səbəb olsa da bu, qəsəbə sakinlərini ruhdan salmadı. Çünki qeyd etdiyim kimi, Sizə və Ordumuza inamımız, güvənimiz sonsuzdur.
Cənab Prezident, Sizə və Qələbəmizdə əməyi olan hər bir kəsə şəxsən öz minnətdarlığımı, ehtiramımı bildirirəm. Mən Sizinlə və Azərbaycan Ordusu ilə fəxr edirəm.
“Qarabağ Azərbaycandır!”
Hörmətlə,
Nəcəfov Bakir Mehdi oğlu
Azərbaycan Respublikası, Ağdam rayonu, Birinci Dördyol qəsəbəsi.