13 fevral 2021, 12:05

Əli Müseyibov və başqalarından, Tərtər, Azərbaycan


Hörmətli cənab Prezident!

Bizi 30 il həsrətini çəkdiyimiz Qarabağ torpaqlarına qovuşdurduğunuz üçün Sizə minnətdarıq. Sizinlə bütün Azərbaycan xalqı qürur duyur və fəxr edir.

44 günlük Vətən müharibəsindən sonra rayonumuzda tikinti, təmir-bərpa işlərinə başlanılıb.

Yaşadığımız küçədə də təmir abadlıq işləri gedir. Qaz, işıq, su telefon xətləri təmir edilir, divarlar aqlay və bəzək daşları ilə üzlənir, küçəmizə asfalt salınır. İndi yolumuz daha rahat, küçəmiz səliqə-sahmanlıdır.

Cənab Prezident,

Rayonumuza, vətəndaşlara göstərdiyiniz diqqət və qayğıya görə Sizə öz minnətdarlığımızı bildiririk.

Tanrı Sizi və ailənizi qorusun.

Hörmətlə,

Müseyibov Əli Vahid oğlu,

Mustafayev Bahadur Xankişi oğlu,

Ələsgərov Şahverdi Köçəri oğlu,

Ağayev Vəkil Edil oğlu.

Azərbaycan Respublikası, Tərtər rayonu.