13 fevral 2021, 14:12

Həsənli Yaqub Həmid oğlundan, Kütahya, Türkiyə

Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Mən hazırda Türkiyənin Kütahya Dumlupınar Universitetində təhsil alıram. 44 günlük Vətən Müharibəsində qazandığımız tarixi Zəfər münasibətilə Sizi və Azərbaycan xalqını təbrik edirəm.

Bu qələbə Sizin uzaqgörən siyasətinizin nəticəsidir. Sizin “Qarabağ Azərbaycandır!” ifadəniz bütün dünya azərbaycanlıları üçün milli qürur, birlik və həmrəylik göstəricisidir. Bu gün Azərbaycan Sizin sayənizdə dünyada tanınan, hörmət edilən qüdrətli bir dövlətdir. Biz Sizinlə fəxr edirik. Sizin kimi bir Lideri olduğu üçün Azərbaycan xalqı çox xoşbəxtdir.

Türkiyə və Azərbaycan arasındakı dostluq-qardaşlıq münasibətləri hər keçən gün uğurla inkişaf etdirilməsində Sizin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fəaliyyətini yüksək qiymətləndiririk.

“Bir millət, iki dövlət” anlayışı hər birimiz üçün dəyərlidir. Yaşasın Azərbaycan−Türkiyə qardaşlığı! Yaşasın Xalq−Prezident həmrəyliyi!

Qarabağ Azərbaycandır!

Böyük hörmətlə,

Həsənli Yaqub Həmid oğlu

Tələbə

Türkiyə Respublikası, Kütahya şəhəri.