13 fevral 2021, 11:04

Cəmilli Ahu Ərşad qızından, Bakı, Azərbaycan

Çox hörmətli cənab Prezident.

Mənim 7 yaşım var. Mən yaşım az olsa da, Sizin bütün çıxışlarınıza diqqətlə baxıram. Biz erməni təcavüzkarlarını Sizin dəmir yumruğunuz sayəsində “iti qovan kimi” qovduq! Bu Qələbəni Sizin sayənizdə qazandıq.

20 Yanvar və digər hadisələr barədə də eşitmişəm. Amma xalqımızın çox güclü olduğuna və Siz arxamızda olduğunuza görə heç nədən qorxmuruq.

Siz bizi qalib etdiniz, Qarabağı da azad etdiniz. Siz həmişə dediyiniz sözün üstündə durursunuz, yenə də sözünüzün üstündə durdunuz! Hər şey üçün təşəkkür edirəm!

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Cəmilli Ahu Ərşad qızı

Şagird

Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu.