Rzayeva Sevda Faiq qızından, Gəncə, Azərbaycan
Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev.
Bu məktubu Sizə yazmağı özümə borc bildim. Sizin müdrik siyasətiniz və qəhrəman əsgərlərimiz sayəsində Azərbaycan xalqı Qələbə əldə etdi! Bu qələbə münasibətilə Sizi və əsgərlərimizi, Azərbaycan xalqını ürəkdən təbrik edirəm.
Sizin müharibə dövründə müsahibələrinizi, xarici jurnalistlərin suallarına verdiyiniz əsaslı və dolğun cavablarınızı hər gün televiziya vasitəsilə izləyirdik. Güclü və savadlı Prezidentimizin olması ilə fəxr edirik!
Uca Allahım Sizə həmişə yar və yardımçı olsun! Allah Sizi və əsgərlərimizi qorusun. Şəhidlərimizə isə Allahdan rəhmət diləyirəm. Amin!
Cənab Prezident, mən və ailə üzvlərim hər zaman Sizi dəstəkləyirik.
Hörmətlə,
Rzayeva Sevda Faiq qızı
Azərbaycan Respublikası, Gəncə şəhər, Kəpəz rayonu.